• Şb. Sen 6th, 2025

Paşinyan: “Putin və Əliyevlə üçtərəfli görüş regionda sülhün bərqərar olması istiqamətində irəliləyişdir”

ByYenigun.news

Noy 2, 2022

“Rusiya Qarabağın statusu məsələsini gələcəyə buraxmağı təklif edib və Ermənistan bu yanaşma ilə razılaşır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

Onun sözlərinə görə, Soçidə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş regionda sülhün bərqərar olması istiqamətində irəliləyişə səbəb olub.

Baş nazir həmçinin iclasda Rusiya sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə uzadılması təklifi ilə çıxış etdiyini bildirib.

Mənbə: “Sputnik” Ermənistan