• Be. Noy 25th, 2024

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək

ByYenigun.news

Noy 5, 2022

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, bu barədə qərar Bursada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclasında qəbul edilib.

Həmçinin, 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını yerinə yetirəcək Azərbaycanın Şuşa şəhərində keçiriləcək tədbirlərdə üzv ölkələrin fəal iştirakının razılaşdırılması və dəstəklənməsi haqqında qərar qəbul edilib.

İclas zamanı mədəniyyət nazirlərinin yekdil qərarı ilə Türkmənistanın Anev şəhəri 2024-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib.

Sonda isə Daimi Şuranın 39-cu iclasının Yekun Bəyannaməsi qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir