“Partiya sədri tanıyıram ki, həyat yoldaşı belə onun partiyasına üzv olmur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elşən Nəsibov bildirib.
O qeyd edib ki, bəzi partiya sədrləri rəhbərlik etdiyi təşkilatın möhürünü haraya qoyduğunu belə unudub.
“Qanunun əsas qayəsi ondan ibarətdir ki, bu məsələlər həllini tapsın: siyasi partiyalara hörmət olunsun, onların nüfuzu qalxsın”, – deyə millət vəkili əlavə edib.
Daha ətraflı Baku TV-nin süjetində: