• Şb. Noy 23rd, 2024

İqor Semivolos: “Ayətullahların hakimiyyəti süqut edəcək”

ByYenigun.news

Noy 30, 2022

“İranın gələcəyi müəyyən edilməyib. Mərkəzə doğru hərəkət edən və mərkəzdən qaçan qüvvələrinin hazırkı qarşıdurmasında, şərti olaraq desək, vahid siyasi millət qalib gələ bilər, baxmayaraq ki, bu, böyük sual doğurur”.

İrandakı siyasi vəziyyəti Oxu.Az-a şərh edən Ukrayna Media Mərkəzinin Yaxın Şərq Araşdırmaları İdarəsinin direktoru İqor Semivolos belə düşünür. 

Ekspert bildirib ki, hazırkı şərtlər çərçivəsində özləri üçün gələcəyə aydın baxış formalaşdıran qruplar üstünlük əldə edəcəklər:

“Beləliklə, indi yarış gedir. Məsələn, İran azərbaycanlıları özlərinin ayrı gündəmlərini formalaşdıra, yaxud ümum-İran planına qoşula bilərlər. Görünən odur ki, İranın “vilayət-i fəqih” siyasi sistemi ləğv ediləcək. Ayətullahların hakimiyyəti süqut edəcək. Və burada xatırlamaq lazımdır ki, İranın respublika ənənəsi var, o axsasa da, İslam Respublikası dövründə mövcud olub. Ona görə də “vilayət-i fəqih” institutunu ləğv edib, respublika üsul-idarəsini işə salmaq olar. Bu, bir variantdır. Başqa bir variant konstitusiyalı monarxiyadır, lakin bu mümkün deyil, baxmayaraq ki, onu da bütövlükdə istisna etmək olmaz. Tamamilə mümkündür ki, üçüncü variant – İranın dağılması da mövcuddur”.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir