• Şb. Noy 23rd, 2024

Milli birliyimizin və diplomatiyamızın təntənəsi

ByVuqar Ferzeliyev

Noy 30, 2022

       İki il əvvəl Ali Baş Komandanın rəhbərliyi və xalqın dəstəyi ilə Milli Ordumuz dəmir yumruğa çevrilərək “Qarabağ Azərbaycandır!” şüarı altında böyük qələbəmizi reallaşdırmış, 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazmışdır. 300-ə yaxın yaşayış məntəqəsini əhatə edən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut və Suqovuşan qəsəbələri, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər qanlı döyüşlərlə azad edilmiş, bu qələbələrdən sonra düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etməyə məcbur edilmişdir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırmışdır.

      Qeyd edək ki, Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub, Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır.

        Bildiyimiz kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.    

        Azərbaycan xalqı bu qələbəyə layiq idi və biz onu əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi, kəndlərimizi, doğma Laçınımızı azad etdik.

      Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Çünki qırx dörd günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Şərəf İbrahimov,

Cəlilabad rayonu, Hacıməmmədli kənd tam orta məktəbinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir