Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilirlər.
Prezident.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:
Əliyev Pənah Əli oğlu
İbrahimov Eldar Rza oğlu
Quliyev İsgəndər Həsən oğlu
Məmmədhəsənov Rafiq Musa oğlu
Nəsirov Məmməd Yahya oğlu”.