• Ç. Okt 30th, 2024

MDBMİ-nin aparıcı eksperti Azərbaycana qarşı səsləndirdiyi fikirlərə görə işdən azad olunub – VİDEO

ByYenigun.news

Dek 18, 2022

Ötən cümə günü Rusiya telekanallarından birinin efirində universitetin Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin və MDBMİ-nin aparıcı eksperti vəzifəsini tutan Mixail Aleksandrov Rusiya-Azərbaycan müttəfiqliyinə xələl gətirən açıqlamalar verib. O öz çıxışı ilə Rusiya ilə Azərbaycan arasında münasibətlərini qonşuluq siyasətinin məqsəd və vəzifələrini kobud şəkildə təhrif edib.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

M.Aleksandrovun bəyanatlarının əsassız aqressivliyi və qeyri-peşəkarlığı xarici siyasət ictimaiyyətinin son dərəcə sərt mənfi reaksiyasına və MDBMİ komandasının qəzəbinə səbəb olub. 

Həmçinin universitetin imicinə və maraqlarına ciddi zərbə vurulub.

Aleksandrovun hərəkətlərinin MDBMİ əməkdaşı statusuna uyğun gəlməməsi, habelə Aleksandrovun xidməti vəzifələrinə həddindən artıq laqeyd yanaşması ilə bağlı müəyyən edilmiş faktlar əsasında rektor əmək münasibətlərinə xitam verilməsi və M. Aleksandrovun universitetdən xaric edilməsi haqqında əmr imzalayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir