Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixi kökləri var: Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Əminik ki, ortaq köklərə, ortaq mədəni irsə malik olan qardaş xalqlarımız bütün sahələrdə-həm iqtisadiyyat, həm investisiya, nəqliyyat, energetika, mədəniyyət sahələrində xalqlarımızın rifahı və ölkələrimizin gələcəyi naminə iki qardaş kimi çiyin-çiyinə irəliləyəcək.
Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm Qırğızıstan türkdilli dövlətlər sırasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Qırğızıstan Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər xeyli fəallaşıb, strateji tərəfdaşlığın tamamilə yeni mərhələsinə keçilib. . Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub.
Dost və qardaş ölkədə keçirilən yüksək səviyyəli tədbirlərdə Qırğız Respublikasının Prezidenti Japarov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbycanın milli maraqlarının təmin edilməsinə və müdafiəsinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətini xüsusilə qeyd edib. O, xüsusilə vurğulayıb ki, qırğız xalqı üçün qardaş Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan–Qırğızıstan münasibətləri təkcə diplomatik təmaslarla deyil, konkret layihələr və qarşılıqlı investisiyalarla müşayiət olunur. İki ölkə arasında bütün sahələrdə əlaqələrin dərinləşməsi və şaxələnməsi üçün ilk növbədə siyasi iradə var. Məhz hər iki ölkə başçısının təşəbbüsü və razılığı ilə iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün Azərbaycan–Qırğızıstan İnkişaf Fondu yaradılıb. Fondun nizamnamə kapitalı 100 milyon ABŞ dolları təşkil edir. Bu, xalqlarımız arasında dostluq münasibətlərinin və təkcə siyasi, mədəni-humanitar deyil, həm də iqtisadi əməkdaşlıqda mühüm hadisədir.
Arif Abdullayev,
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin atası
