• Be. Avq 3rd, 2026

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq.

ByVuqar Ferzeliyev

Avq 3, 2026

Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının geosiyasi xəritəsində yeni və strateji bir dövr yaşanır. Əsrlərə söykənən tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlanan Azərbaycan və Qırğızıstan münasibətləri bu gün artıq ən yüksək zirvəyə — müttəfiqlik səviyyəsinə yüksəlib. Lakin dövlətlərarası münasibətlərdə müttəfiqlik yalnız siyasi bəyanat deyil; bu, böyük məsuliyyət, birgə öhdəlik və gələcəyə baxış deməkdir.Liderlərin siyasi iradəsi və qarşılıqlı etimadı sayəsində imzalanan strategiyalar göstərir ki, hər iki dövlət bu məsuliyyəti tam şəkildə dərk edir və onu daşımağa tam hazırdır.Azərbaycan və Qırğızıstan arasında qurulan Müttəfiqlik Münasibətləri haqqında Deklarasiya ikitərəfli əlaqələrin hüquqi təməlini daha da möhkəmləndirdi. Bu addım iki ölkənin beynəlxalq arenada — BMT, Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda vahid mövqedən çıxış etməsini, bir-birinin suverenliyini və ərazi bütövlüyünü şərtsiz dəstəkləməsini təmin edir.Türk dünyasının inteqrasiyası fonunda bu müttəfiqlik regional sabitsizliklərə və qlobal çağırışlara qarşı etibarlı bir qalxan rolunu oynayır.Müttəfiqlik məsuliyyətinin ən bariz nümunəsi iqtisadi müstəvidə özünü göstərir. Kapitalı 200 milyon dollara qədər artırılan Azərbaycan-Qırğız İnvestisiya Fondu bu əməkdaşlığın lokomotividir.Fond vasitəsilə energetika, yaşıl texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur sahələrinə yönəldilən sərmayələr hər iki ölkənin iqtisadi müstəqilliyini artırır. Bu, sadəcə kapital qoyuluşu deyil, həm də regional rifahın yüksəldilməsinə xidmət edən strateji addımdır.Bugün Avrasiya məkanında nəqliyyat və logistika məsələləri geosiyasi prioritetə çevrilib. Mərkəzi Asiyanı Qafqaz üzərindən Avropaya bağlayan Orta Dəhliz (Middle Corridor) layihəsində Azərbaycan və Qırğızıstan kəsişmə nöqtəsində yerləşir. İki ölkənin nəqliyyat-tranzit imkanlarını birləşdirməsi, yeni ticarət marşrutlarının təhlükəsizliyini və səmərəliliyini təmin etməsi müttəfiqlik öhdəliyinin ən vacib istiqamətlərindən biridir.Dövlətləri birləşdirən iqtisadiyyatla yanaşı, həm də xalqların yaxınlığıdır. Qırğızıstanda Azərbaycanın dəstəyi ilə həyata keçirilən sosial və humanitar layihələr, Bakıda və Bişkekdə təşkil olunan mədəniyyət günləri, dahi şəxsiyyətlərin irsinə ehtiram bu münasibətlərin ruhunu təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir