Azərbaycan dilinin cəmiyyətdəki mövqeyinin möhkəmlənməsi, onun dövlət dili səviyyəsinə qaldırılması və zənginləşdirilməsi xalqımızın milli azadlıq və özünütəsdiq tarixində ən vacib sahələrdən biridir. Bu şərəfli və məsuliyyətli yol doğrudan da Ulu Öndər Heydər Əliyevin adı, onun sarsılmaz iradəsi və cəsarətli siyasi xətti ilə sıx bağlıdır. Milli dil məsələsi hər bir xalqın varlığının və özünümüdafiəsinin təməl daşıdır. Sovet dövründə — mərkəzi hakimiyyətin biritpifikasiya və unifikasiya siyasəti yeritdiyi, rus dilinin hökmran olduğu bir zəmanədə — Azərbaycan dilini dövlət səviyyəsində qorumaq böyük siyasi cəsarət tələb edirdi. Heydər Əliyev hələ 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərindən başlayaraq rəsmi tədbirlərdə, qurultaylarda ana dilində çıxış etmək ənənəsini bərpa etdi. Lakin onun bu istiqamətdəki en zirvə nöqtəsi 1978-ci il Konstitusiyası oldu. Mərkəzdən gələn ciddi təzyiqlərə, ideoloji maneələrə baxmayaraq, Heydər Əliyev nümayiş etdirdiyi qətiyyətli mövqe sayəsində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsinə müvəffəq oldu. Bu, həmin dövrün mürəkkəb siyasi reallıqları baxımından sözün əsl mənasında bir qəhrəmanlıq idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ana dili məsələsini yenidən dövlət siyasətinin prioritetinə çevirdi.1995-ci il Konstitusiyası: Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul edilərkən, Azərbaycan dili dövlət dili kimi təsbit olundu.Milli Dil Strategiyası: 2001-ci il iyunun 18-də Heydər Əliyev tərəfindən imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dilimizin inkişafında yeni mərhələ açdı.Ana Dili Günü: 2001-ci il avqustun 9-da imzalanan Fərmanla 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. Latın Qrafikasına Tam Keçid: Məhz Ümummilli Liderin qətiyyəti nəticəsində ölkədə latin qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin olundu.
Sürəyya Zeynalova
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin Direktoru
