• Be. Noy 25th, 2024

Satmaq öhdəliyi ilə verilən mənzillərin kirayəçiləri cərimələnə bilər

ByYenigun.news

Fev 1, 2023

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə ediləcək.

Bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı imzaladığı fərmanda əksini tapıb.

Həmçinin, İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçilərinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədilməsinə görə vəzifəli şəxslər üç yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir