Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Finlandiya Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, Anlaşma Memorandumu 2022-ci il avqustun 5-də Bakı şəhərində və dekabrın 12-də Helsinki şəhərində imzalanıb.