• Ça. Noy 26th, 2024

Azərbaycanın Macarıstanla əməkdaşlıq potensialı böyükdür

ByVuqar Ferzeliyev

Fev 1, 2023

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 30-da Macarıstana rəsmi səfərinin nəticələri Azərbaycanın bu ölkə ilə əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir. Macarıstanın Baş naziri ilə Prezident İlham Əliyev arasında keçirilən birgə və geniş tərkibdə görüşlər, mətbuata bəyanatlar, səsləndirilən fikirlər də bunun bariz ifadəsidir.

       Macarıstanla Azərbaycan tərəfdaş dövlətlərdir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Av­ropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hər iki ölkə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühiti­nin yaxşılaşdırılmasına, sənaye is­tehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkan­larının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

       Prezidentin bəyanatında qeyd olunduğu kimi, bununla paralel olaraq, bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Macar şirkətləriazad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək. Bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Azərbaycan çox maraqlıdır ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb. Minalardan təmizlənmnəyə böyük ehtiyac var.

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.

Bəylər Miriyev,

Cəlilabad rayon Pərdi kənd

ümumi orta məktəbin direktoru

Azərbaycan-Macarıstan

tərəfdaşlıq münasibətləri genişlənir

      Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.

 Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Macarıstanla ticarət dövriyyəmiz son illərdə xeyli yüksəlib. Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.

       Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq. Bu baxımdan, Prezidentin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

      Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

       Bundan başqa, görüşdə enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyəti və potensialı vurğulanıb. Belə ki, Azərbaycan qazının Macarıstana çatdırılmasında və alınmasında Macarıstan tərəfi çox maraqlıdır. Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır.

        Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.

Rəxşəndə Qasımova,

Lənkaran-Astara Regional Təhsil İdarəsi

 Cəlilabad rayon təhsil sektorunun aparıcı məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir