• Ça. Noy 26th, 2024

“İran Azərbaycanda öz deputatlarını seçməklə islam dövləti qurmaq istəyirdi” – VİDEO

ByYenigun.news

Fev 2, 2023

İran Azərbaycanda 18 deputatın seçilməsinə nail olmaq üçün milyonlarla dollar vəsait ayırmışdı.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

“O dövrdə təhlükəsizlik orqanı çox unikal bir tədbir keçirdi. Onda artıq bu müşahidəçilərin sülhsevər yox, düşmənçilik fəaliyyəti ilə məşğul olduqları bilindi. Bu, İran üçün şok idi. Onlar çox xahiş etdilər, yalvardılar ki, bunu ictimailəşdirməyək. Onlar ən azından – “erməniyə dəstəyi dayandırıb, Azərbaycana dəstək göstərəcəyik”, – dedilər. Təbii ki, bu, yalan idi, onlar yenə düşmənçilik fəaliyyətini davam etdirdilər”, – deyə o bildirib.

S.Heydərov, həmçinin əlavə edib ki, həmin dövrdə şifrələnmiş mətnlərdə Azərbaycanda İslam partiyasının inkişaf etdirilməsi və Azərbaycanda İslam dövlətinin qurulması üçün İrandan alınan təlimat və buradakı vəziyyətin onlara çatdırılması ilə bağlı kifayət qədər məlumat aşkarlanıb.

“Artıq o dövrdən bildik ki, İran bizim üçün kimdir. Hətta həmin dövrdə Azərbaycanda parlament seçkiləri yaxınlaşırdı. Bunların yazılarında aşkarlandı ki, Azərbaycanda 18 deputatın seçilməsinə nail olmaq üçün İran tərəfindən milyonlarla dollar vəsait ayrılmışdı. Nəhayət, ulu öndərin dövründə, onun səylərindən sonra onlar ölkədən çıxarıldı. O cümlədən, İslam partiyası ilə bağlı da onların istintaqı, məhkəməsi zamanı bizə qarşı çox ciddi təhdidlər vardı. İran istəyirdi ki, Azərbaycan zəifləsin, Azərbaycan kimi dövlət tamamilə xəritədən silinsin”, – deyə o əlavə edib.

Müsahibənin tam versiyasını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir