İsveçrənin İstanbuldakı Baş Konsulluğu təhlükəsizlik səbəbi ilə bağlanıb.
Bu barədə Baş Konsulluqdan açıqlama verilib.
“Təhlükəsizlik səbəbi ilə İsveçrə Baş Konsulluğu növbəti xəbərdarlığa qədər fəaliyyət göstərməyəcək”, – deyə açıqlamada qeyd edilib.
Konsulluğun açıqlamasında həmçinin viza və pasport prosedurları üçün də görüşlərin ləğv edildiyi bildirilib.
Mənbə: Haber Global