• Ça. Noy 26th, 2024

Prezident: “Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək”

ByYenigun.news

Fev 2, 2023

“Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında deyib.

Birgə iqtisadi komissiya ötən il görüşdüyünü və bu il görüşəcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir