• Be. Noy 25th, 2024

Rusiyanın xarici işlər naziri: “Aİ Azərbaycan və Ermənistan ilə münasibətlərdən sui-istifadə edir”

ByYenigun.news

Fev 28, 2023

“Avropa İttifaqı (Aİ) Ermənistan ərazisinə vətəndaş missiyası göndərməklə Azərbaycan və Ermənistan ilə münasibətlərdən sui-istifadə edir”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

“Avropa İttifaqı Ermənistan ərazisinə vətəndaş missiyası göndərməklə Azərbaycan və Ermənistan ilə münasibətlərindən açıq-aşkar sui-istifadə edir ki, bu da sülh prosesi istiqamətində səy göstərilməsini şübhə altına alır”, – Lavrov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir