“Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya soyuq müharibənin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, bu qarşıdurmanın fəsadları dünyanın qalan hissəsində də hiss olunur.