“BAEA ilə Azərbaycan arasında əla əməkdaşlıq qurulub”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) Baş direktoru Rafael Qrossi deyib.
Qrossi qeyd edib ki, BAEA Azərbaycan ilə bir çox sahələrdə, o cümlədən nüvə təbabəti və kənd təsərrüfatı sahələrində əməkdaşlıq edir.
“Pambıqçılıqda məhsuldarlığın artırılması baxımından yaxşı nəticələr əldə etmişik. Bəziləri belə sahələri BAEA ilə əlaqələndirmirlər, lakin onlar da vacibdir. Biz Azərbaycana iqtisadiyyatın inkişaf etdirilməsində kömək edirik”, – Baş direktor bildirib.
Xatırladaq ki, BAEA-nın Baş direktoru Rafael Qrossi martın 2-də Bakıda işə başlayan Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edir.