Çinin nəzarətdən çıxan Long March 5B raket daşıyıcısının qalıqları Maldiv adaları yaxınlığında Hind okeanına düşüb.
“Yenigun.news” xarici mediaya istinadən xəbər verir ki, aprelin 29-da kosmosa buraxılan, ancaq nəzarətdən çıxan raket daşıyıcılarının qalıqlarının Hind okeanına düşməsini onun istiqamətini təqib edən Space.Track.com saytı tərəfindən də təsdiqlənib. Raket qalıqları səhər saatlarında okeana düşüb.
Xatırladaq ki, Çin Kosmik Stansiyasının ilk orbital modeli “Tienhı”nı kosmosa daşımaq üçün Long March-5B raketi 29 apreldə kosmosa buraxılıb. Lakin raket nəzarətdən çıxmışdı və mütəxəssislər onun böyük parçalarının məskunlaşma sahələrinə düşə biləcəyi barədə xəbərdarlıq edirdilər. Hissələrin məskunlaşma sahələrinə düşməsi vəziyyətində bir çox insanın ölə biləcəyi də bildirilirdi. Nyu-York, Madrid və Pekinin risk altında olduğu qeyd edilirdi.