• Şb. Noy 23rd, 2024

Azərbaycan və Türkiyə Qran-prilərinin vaxtı dəyişdirilə bilər

ByYenigun.news

May 10, 2021

“Formula 1” üzrə Azərbaycan və Türkiyə Qran-prilərinin vaxtı dəyişdirilə bilər.

Yenigun.news xəbər verir ki, bu barədə “auto-motor-und-sport.de” saytı məlumat yayıb.

İddiaya görə, Türkiyədə son vaxtlar yoluxma hallarının artması və İngiltərənin bu ölkəni “qırmızı siyahı”ya salması təşkilatçıları bu addımı atmağa məcbur edir.

Britaniya komandaları 11 – 13 iyunda İstanbulda nəzərdə tutulan yarışdan qayıtdıqdan sonra 10 gün karantində qalmalıdır. Belədə karantinin bitmə tarixi Fransa Qran-prisinin startı (25 – 27 iyun) ərəfəsinə düşür. Bu isə yarış iştirakçılarını qane etmir.

Təşkilatçılar hesab edirlər ki, Türkiyə və Azərbaycan Qran-prilərinin yerini dəyişdirməklə bu problemi aradan qaldırmaq mümkündür. Çünki Azərbaycandan qayıdan komandalar üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Sayt yazır ki, mümkün yerdəyişmə üçün iki ölkə hökumətinin razılığı lazımdır. Dəyişiklik təsdiqlənsə, Bakı trası bir həftə gec söküləcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda keçirilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir