• C. Sen 19th, 2025

Xəzər İbrahim TÜRKSOY-un baş katibi və türk dövlətlərinin səfirləri ilə görüşüb – FOTO

ByYenigun.news

Apr 4, 2023


Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, həmçinin türk dövlətlərinin səfirləri ilə görüşüb.

Bu barədə azərbaycanlı diplomat “Twitter” hesabında yazıb.

“TÜRKSOY-un Baş katibi Sultan Rayev, heyəti və qardaş Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan səfirlərini qonaq etməkdən qürur duydum! Şuşa 2023-cü il – Türk Dünyasının mədəniyyət paytaxtıdır”, – səfir sosial şəbəkədə qeyd edib.