• Ç. Noy 27th, 2024

Komitə sədri: “Ölkəmizin dindən istifadə edib düşmənçilik yaymaq istəyənlərə qarşı ideoloji xətti var” – VİDEO

ByYenigun.news

Apr 6, 2023


“Azərbaycanın zərərli dini cərəyanlara, dindən istifadə edərək bölücülük, təfriqə, dini radikalizm, düşmənçilik yaymaq istəyən qüvvələrə qarşı vahid ideoloji xətti və siyasi kursu mövcuddur”.

Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı Azərbaycanın multikultural və tolerant dəyərlərin hakim olduğu, müxtəlif xalqların, dini konfessiyaların bərabərhüquqlu və qarşılıqlı hörmət şəraitində, birgəyaşayış ənənələrinə uyğun yaşadığı nümunəvi dövlətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan vəhdət namazlarının keçirilməsinin əhəmiyyətini təşviq edən müsəlman ölkəsidir.

“Azərbaycançılıq ideologiyası və dövlətin milli-mənəvi dəyərlərə söykənən siyasət yürütməsi bu gün hansısa zərərli dini və siyasi düşüncənin cəmiyyətdə kök salmasına imkan vermir. Ölkəmizdə milli ruhlu, vətənpərvər, dövlətçiliyə bağlı dini kadrlar hazırlanır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması çox böyük tarixi hadisədir. Gələcəkdə institutun yetişdirdiyi ali təhsilli din xadimləri ölkəmizdə din adı altında hansısa xarici dövlətin dövlət-din münasibətləri modelinin formalaşması istiqamətində atacağı addımların qarşısını ala biləcək gücə çevriləcəklər”, – Komitə sədri vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir