• C. Noy 29th, 2024

Deputat: “Monitorinq keçirilsin, 53 milyon manat hara gedir?”

ByYenigun.news

Apr 11, 2023


“Dövlət şəkər xəstəliklərinin müalicəsi üçün 53 milyon manat pul ayırıb. Bu, çox böyük məbləğdir. Səhiyyə komitəsinin sədri hörmətli Əhliman müəllimdən soruşmaq istəyirəm ki, bəlkə, monitorinq keçirsin, bu 53 milyon manat hara gedir? Bilək ki, şəkər xəstəliyinə qarşı istifadə olunan dərmanlara nə qədər pul xərclənir. Nə üçün dərman xəstəyə verilmir?”

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

“Hərə Sovet dövründən qalma – rus dilində “knişka” deyərdilər – “knişka”nı qoltuğuna vurub, gəlir həkimin qəbuluna. “Knişka”da xəstənin xəstəlik tarixi və s. yazılıb. Hətta bizdən xeyli çox geridə qalmış dövlətlər artıq elektron sistemə keçiblər. Sistemdə xəstələrin xəstəlikləri, diaqnozu, qəbul etdikləri dərmanlar və onların tərkibi göstərilir”, – T.Kərimli bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir