• C. Dek 26th, 2025

Azərbaycan və ABŞ Hərbi Hava Qüvvələrinin komandanları görüşüblər

Byadmin

Apr 13, 2023


Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pentaqonda Milli Qvardiya Bürosunun rəhbərinin müavini, Hərbi Hava Qüvvələrinin general-leytenantı Mark Sassevil ilə görüşüb.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini və ümumi ikitərəfli müdafiə əməkdaşlığımızı müzakirə ediblər.