• Ça. Dek 23rd, 2025

ABŞ və İsrail nümayəndə heyətinin azad edilən ərazilərə səfəri başlayıb – FOTO

Byadmin

Apr 19, 2023


ABŞ və İsraildən Azərbaycana gələn nümayəndə heyətinin azad edilən ərazilərə səfəri başlayıb.

“Report”un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Səfərin əsas məqsədi Azərbaycan tarixi, mədəniyyəti, ən əsası Azərbaycan həqiqətlərinin dünya və İsrail, ABŞ ictimaiyyətinə çatdırılmasıdır.

Nümayəndə heyəti Xudafərin körpüsünü ziyarət edəcək və Şuşa şəhərinə də səfər edəcək.