• Bz. Dek 21st, 2025

Aİ komissarı: “Azərbaycan Avropanın sınaqdan çıxmış tərəfdaşıdır”

Byadmin

Apr 25, 2023


“Azərbaycan Avropanın sınaqdan çıxmış və etibarlı tərəfdaşıdır”.

“Report”un Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasiminin iştirakçılarına videomüraciətində deyib.

Onun sözlərinə görə, bu gün Bolqarıstanın paytaxtında imzalanan memorandum Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.