“Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyinə nail olmaq yolunda mühüm addımdır”.
“Report”un Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Rosen Xristov “Bulgartransgaz”, “Transgaz”, FGSZ, ”Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
R.Xristov vurğulayıb ki, Bolqarıstan Avropa İttifaqına (Aİ), Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyan “Həmrəylik halqası” (STRING) layihəsinin təşəbbüskarlarından biridir.
“İndi region ölkələri bu sahədə öz məqsədlərinə nail ola bilərlər. Biz regionun digər ölkələrinin də bu təşəbbüsə qoşulması imkanları üzərində birgə iş aparırıq”, – deyə nazir bildirib.