“Hazırkı sabitliyi və investisiyaların ardını gətirmək üçün yola Prezident Rəcəb Tayyib Ərdoğanla davam etməliyik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yerli istehsal olan elektrik qatarının təhvili mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə artıq qatarları və sürətli qatarları özü istehsal edə bilir:
“Türkiyə nəqliyyat sahəsində regionun aparıcı ölkələrindən biridir. Bu gün Türkiyə bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir. Biz də bundan ilhamlanaraq işlərimizi davam etdiririk”.
Nazir bildirib ki, Türkiyə dünyada sürətlə inkişaf edən ölkələrdən biridir:
“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə xidmətlərimizi davam etdirəcəyik. Yeni xəyallar qurmaqdan və millətimiz üçün çalışmaqdan imtina etməyəcəyik. Layihələrimizi davam etdirəcəyik, dayanmayacağıq”.