• Ça. Noy 26th, 2024

Türkiyənin səhiyyə naziri Ərdoğanın səhhəti ilə bağlı açıqlama verdi

ByYenigun.news

Apr 27, 2023


“Prezidentimizlə görüşdüm, vəziyyəti yaxşıdır”.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı açıqlamasında deyib.

Nazir Konyada keçirilən 83 səhiyyə müəssisəsinin kütləvi açılış mərasimində çıxışı zamanı dövlət başçısının salamlarını çatdırıb:

“Bilirəm ki, prezidentimizin səhhəti ilə yaxından maraqlanırsınız. Mən bu səhər onunla birlikdə idim. Səhhəti olduqca yaxşıdır. Keçirdiyi infeksiyanın – qastroenteritin (mədə soyuqdəyməsi, mədə qripi) təsiri azalıb. Ən qısa zamanda proqrama uyğun fəaliyyətini davam edəcək. Ona şəfa diləklərini göndərən, onun üçün dua edən, salamlarını çatdıran bütün həmvətənlərimizə təşəkkür etdi”, – deyə nazir qeyd edib.

Mənbə: Haber Global

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir