• Bz. Sen 21st, 2025

Azərbaycanla Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb – FOTO

ByYenigun.news

Apr 27, 2023


Azərbaycanla Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop “Twitter”də yazıb.

“Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik. Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik.

İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız “Əməkdaşlıq Protokolu” parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək”, – parlament sədri vurğulayıb.