Formula-1 yarışlarının Azərbaycan Qran-Prisi 2024-cü ilə qədər keçiriləcək.
Bu barədə “Turan”a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.
Məlumata görə, bu, ötən il koronavirus pandemiya səbəbindən Formula-1 Azərbaycan Qran-Prisinin keçirilməməsi ilə bağlıdır. “Müqavilə 2023-cü ilə qədər bağlanmışdı. Lakin ötən il Azərbaycan Qran-Prisi keçirilmədi deyə, müqavilədə dəyişiklik oldu və müddət 2024-cü ilə qədər uzadıldı”.
Şirkətdən həmçinin qeyd ediblər ki, sosial mediada bu il Formula-1 Azərbaycan Qran-Prisinin keçirilməyəcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: “4-6 iyun tarixlərində Bakıda yarış baş tutacaq”.