Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin sonunda ABŞ-yə gedəcək və orada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar aparacaq.
Ermənistan mediası bu barədə ölkə XİN-ə istinadən məlumat yayıb.
Vaşinqtona işgüzar səfər aprelin 30-na nəzərdə tutulub.
“Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundu planlaşdırılır”, – deyə Ermənistan XİN mətbuat katibi Ani Badalyan bildirib.