• Bz. Noy 24th, 2024

Prezident fərman imzaladı: Müharibə əlillərinin NƏZƏRİNƏ

ByYenigun.news

May 18, 2021

Dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi xəzinə hesabında toplanır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına köçürüləcək.

Yenigun.news xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, sığorta vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

– dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

– sığorta ehtiyatının yaradılmasına;

– müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir