• Be. Avq 24th, 2026

Prezident: “Litvada və Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılmasına çox böyük diqqət göstərilir”

Byadmin

May 22, 2023


“Biz bu gün, eyni zamanda, Litvada və Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqamətdə də demək olar, paralel şəkildə gedirik”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib.

“Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir