• Be. Avq 24th, 2026

Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşdü

Byadmin

May 22, 2023


Azərbaycanın Baş naziri Əli Əsədov mayın 22-də Monteneqro parlamentinin sədri Daniyela Curoviçlə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Monteneqro arasında müxtəlif sahələrdə münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu yüksək qiymətləndirilib.

Görüşdə həmçinin Azərbaycan-Monteneqro qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir