Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Formula-1” üzrə dünya çempionatının, habelə Çempionlar Liqasının İngiltərənin “Mançester Siti və “Çelsi” komandaları arasında final matçının Türkiyədə keçirilməsinin ləğv olunmasını siyasi qərar hesab etdiyini bildirib.
Bu barədə “Report” TRT-yə istinadən xəbər verir.
“Hesab edirəm ki, UEFA, “Formula-1” üzrə siyasi qərarlar verilib”, – deyə Türkiyə prezidenti gənclərlə görüşündə vurğulayıb.
Ərdoğan bununla yanaşı qeyd edib ki, UEFA Çempionlar Liqasının 2023-cü ildəki final matçının Türkiyədə keçiriləcəyini vəd edib.