• Ça. Noy 26th, 2024

“Bizdən ərazi qoparmaq istəyənlərin dişlərini qarnına tökərik” — Putin hədələdi

ByYenigun.news

May 20, 2021

“Rusiya onun ərazinə müdaxilə etmək istənlərə sərt cavab verəcək”. 

Yenigun.news bildirir ki,bu sözləri Rusiya prezidenti Putin “Qələbə” komitəsinin iclasında çıxışı zamanı deyib.

“Hamı bizi “dişləməyə”, nəsə qoparmağa cəhd edir. Onlar bilməlidirlər: Belələrinin dişlərini qarınlarına tökərik. Bunun təminatı da silahlı qüvvələrdir“-deyə Putin vurğulayıb.
Putin qeyd edib ki, Rusiya bununla yanaşı iqtisadiyyatın hərbiləşdirilməsi yolu ilə getmir. O bildirib ki, bu müdafiə xərclərinə 42 milyard dollar ayırıblar. ABŞ-da isə bu 770 milyard dollardır.

Prezidentin sözlərinə görə, ölkə güclü olmağa başlayan kimi onun opponentləri bu inkişafı məhdudlaşdıran səbəblər axtarıb tapırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir