• Be. Noy 25th, 2024

İraqda həbsdə saxlanılan üç qadın Azərbaycana gətirildi

ByYenigun.news

İyn 1, 2023


Azərbaycan Respublikasının hökuməti tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində, İraq Respublikasında məhbus həyatı sürmüş və hal-hazırda cəza müddəti bitmiş 3 nəfər qadın Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi nəzərdə tutulur.

Hazırda, İraq Respublikasında həbsdə saxlanılan Azərbaycan Respublikasının qadın vətəndaşlarının mərhələli şəkildə ölkəmizə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, İraq Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində indiyə qədər sözügedən qadın vətəndaşlarımızın 288 nəfər övladı Azərbaycana artıq geri gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir