• Be. Apr 29th, 2024

Roma Papası Fransisk Prezident İlham Əliyevə təbrik məktubu göndərib

ByYenigun.news

İyn 5, 2023


Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bu barədə AZƏRTAC məlumat verib. 

Məktubda deyilir: 

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ölkənizlə bağlı əmin-amanlıq və firavanlıq arzularımı, həmçinin atanız, Zati-aliləri cənab Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi çatdırıram.

Azərbaycanın inkişafı, Müqəddəs Taxt-Tac ilə diplomatik münasibətlərin qurulması istiqamətində dahi Heydər Əliyevin səyləri daim minnətdarlıq hissi ilə xatırlanacaq. Uca Tanrıdan diləyirəm ki, Azərbaycana və onun xalqına bundan sonra da tərəqqi, rifah, cansağlığı və əmin-amanlıq nəsib etsin.

Möhtərəm Prezident, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, bütün həmvətənlərinizə Allahdan ruzi-bərəkət diləyirəm.

Dərin hörmətlə,

Fransisk

Roma Papası”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir