• Ç. Noy 27th, 2024

Macarıstanlı jurnalist: “Qarabağı tərk etməyə məcbur olanlar çiçəklənən regiona qayıdacaqlar”

ByYenigun.news

İyn 24, 2023


“İntensiv surətdə tikinti-yenidənqurma işlərinin getdiyi Laçın şəhərində olmaqdan çox məmnunam”.

“Report” xəbər verir ki, bunu Laçına səfər edən macarıstanlı jurnalist Atilla Çarnai deyib.

“Bu, mənim Laçına ilk səfərimdir. Şəhərdə aparılan yenidənqurma işlərinin sürəti məni heyran etdi. Keçmiş məcburi köçkünlərin yaxın vaxtlarda öz evlərinə qayıda biləcəklərinə ümid edirəm. Qafqazın incisi olan Şuşa şəhərini ziyarət etmək mənə də qismət oldu. İllər öncə Qarabağda olmuş bir insan kimi deyə bilərəm ki, burada xeyli müsbət dəyişikliklər var”, – jurnalist bildirib.

O, 1992-ci ildə Xocalı soyqırımı baş verməmişdən iki həftə əvvəl həmin məkanda olduğunu qeyd edib.

“Təəssüf ki, ermənilərin mülki azərbaycanlılara qarşı amansız rəftarının şahidi olmuşdum. Çoxlu qaçqın, çoxlu meyitlər görmüşdüm. Bütün bunları görmək dəhşətli idi. İndi mən son dərəcə şadam ki, bütün bunlar arxada qaldı və illər əvvəl Qarabağı tərk etməyə məcbur olan insanlar çiçəklənən regiona qayıdacaqlar”, – Atilla Çarnai əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir