“Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə çağırdım”.
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan “Twitter” hesabında yazıb.
O, ABŞ-nin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşə ev sahibliyi etməsindən məmnun qaldığını vurğulayıb.
“Mən Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə, o cümlədən etimadın möhkəmləndirilməsi üçün təxribatlardan qaçmağa və gərginliyi azaltmağa çağırdım”, – ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri qeyd edib.
Good to host @AraratMirzoyan & @Bayramov_Jeyhun together at the White House today. I encouraged Armenia & Azerbaijan to continue making progress toward peace, as well as to avoid provocations and de-escalate tensions in order to build confidence.
— Jake Sullivan (@JakeSullivan46) June 28, 2023