• Be. Noy 25th, 2024

Dövlət Departamenti: “Qarabağdakı son hadisələr Azərbaycan-Ermənistan danışıqlarına təsir etməyib”

ByYenigun.news

İyn 28, 2023


“Qarabağdakı yeni toqquşmalar Vaşinqtonda Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın danışıqlarının dayandırılmasına səbəb olmayıb”.

Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.

“Görüşlərin qrafikində heç bir dəyişiklik yoxdur. Bununla bağlı sabah mətbuata hər hansı açıqlamaya dair öncədən bir söz deyə bilmərəm. Amma hər şey planlaşdırıldığı kimi davam edəcək”, – deyə o bəyan edib.

ABŞ rəsmisi vurğulayıb ki, Azərbaycan və Ermənistan Xarici İşlər rəhbərləri arasında dünənki danışıqlar konstruktiv keçib.

“Birləşmiş Ştatlar tərəflərə buna nail olmaqda kömək etməyə sadiqdir və dövlət katibi Blinken sülh prosesində birbaşa iştirak edir. Birbaşa dialoq problemlərin həlli və davamlı və layiqli sülhə nail olmaq üçün açardır. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv keçib. Biz bu gün və sabah sülh danışıqlarını davam etdiririk”, – Patel əlavə edib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir