“Yevgeni Priqojinin hərbi qiyam cəhdi Rusiyada fikir ayrılıqlarını dərinləşdirdi və ölkədə gərginliyi artırdı”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Avropa İttifaqı Şurasının toplantısından öncə jurnalistlərə açıqlamasında söyləyib.
“Vaqner” özəl hərbi şirkətinin ötənhəftəki qiyam cəhdini Rusiyanın daxili işi adlandıran Stoltenberq, eyni zamanda, heç bir halda bu ölkənin imkanlarını yanlış dəyərləndirməməli olduqlarını vurğulayıb.
“Rusiyadakı qiyam cəhdi bir daha göstərdi ki, Ukraynada ilə müharibə böyük strateji səhv idi. Biz Ukraynaya dəstəyimizi davam etdirməliyik. NATO üzvləri bunun üçün gələn ay Litvada, Vilnüsdə keçiriləcək sammitdə Ukrayna üçün yeni yardım paketini razılaşdıracaq və Kiyevlə siyasi əlaqələri daha da yaxşılaşdıracaqlar”, – deyə NATO baş katibi əlavə edib.
Mənbə: Anadolu