Azərbaycanın İnsan Hüquqları üzrə Müvvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa hökumətini “AzTV” əməkdaşlarına hücuma görə təcili tədbirlər görməyə çağırıb.
O, bu barədə “Twitter” hesabında yazıb.
“Biz Fransada azərbaycanlı jurnalistlərə qarşı iyrənc hücumu qətiyyətlə pisləyirik. Fransa dövlət orqanlarını cinayətkarları cinayət məsuliyyətinə cəlb etmək üçün təcili tədbirlər görməyə çağırırıq”, – Ombudsman qeyd edib.
We strongly condemn the heinous attack on Azerbaijani journalists in France. We call on French state authorities to take immediate action to bring the perpetators to criminal responsibility. @coe @Dunja_Mijatovic @UNHumanRights @volker_turk
— Ombudsman of Azerbaijan (@az_ombudsman) June 29, 2023