• Be. Noy 25th, 2024

Politoloq: “Makronun dayaqları sarsılır, Parisin isə hər şey əlindən çıxır”

ByYenigun.news

İyl 1, 2023


“Hesab edirəm ki, Makronun açıqlamaları daxili auditoriya üçün edilib. Biz görürük ki, Makronun dayaqları sarsılır. Ölkədə ictimai harmoniya yoxdur. Buna görə də, o, fransız cəmiyyətində öz tərəfinə çəkə biləcəyi seqmentin axtarışındadır. Onun diasporlarla, həmçinin pensiya islahatı ilə əlaqədar yerli fransızlarla problemləri var. Ona görə də Makron Fransadakı erməni icmasının dəstəyini almağa çalışır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni diasporu ilə görüşdə səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq, fransaşünas, tarix elmləri namizədi, Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Sosial Elmlər İnstitutunun dosenti İqor İqnatçenko deyib.

İ.İqnatçenko hesab edir ki, öz növbəsində amerikalılar öz xarici siyasətində Ermənistan – Azərbaycan nizamlanması prosesində gündəmi ələ keçirməyə, danışıqlar prosesinin moderatoruna çevrilməyə və Makrondan hansısa mümkün qələbəsini “oğurlamağa” çalışırlar.  

“Bu da öz növbəsində Fransa prezidentinin siyasətinə təsir edir, o, bir növ hansısa xüsusi, eksklüziv bir addımlar atmağa cəhd edir”.

Politoloq hesab edir ki, artıq dünyada cərəyan edən hadisələr nəticəsində Paris əlində olan imkanları itirir:

“Həmin Afrikada artıq heç nə alınmır. Baxmayaraq ki, bu, Fransanın ənənəvi təsir zonası idi. Makron əvvəlcə Fransanı bir növ neytral qüvvə (Cənubi Qafqazda – red.) kimi təqdim etməyə çalışırdı. Amma heç nə alınmadı. İndi də Fransa prezidenti nəhayət ki, maskalarını çıxarıb, taktikasını dəyişib. Ola bilsin ki, o, düşünürdü ki, bir tərəfi (Ermənistanı – red.) dəstəkləmək Fransanın qətiyyətli mövqeyindən xəbər vermiş olacaq.  Amma görürük ki, amerikalılar meydanda fransızları üstələyirlər, baxmayaraq ki, Paris bunu gözləmirdi.

Fransanın istər beynəlxalq arenada, istərsə də daxili siyasətdə üzləşdiyi problemlərin kökündə onun acizliyi dayanır. Makronun tarixə düşmək, özündən sonra hansısa irs qoyub getmə cəhdi çətin ki, uğurlu olsun, çünki Makronun iki dəfəlik prezidentliyi müddətində nəyinsə müsbətə doğru dəyişdiyini xatırlamaq olmur. Bununla belə, Makronun növbəti “gücsüzlük partlayışları”nı da istisna etmək olmaz”.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir