• Be. Noy 25th, 2024

“Qisas-2” və üçtərəfli bəyanatın təhrifi – VİDEO

ByYenigun.news

İyl 2, 2023


Mayın 30-da Bratislavada keçirilən tədbir zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağda ölkəsinin silahlı qüvvələrinin hərbi qulluqçularının olmadığını bəyan edib.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, iyunun 27-də ordumuzun növbəti erməni təxribatına cavab olaraq həyata keçirdiyi “Qisas 2” əməliyyatı zamanı 5 terrorçu zərərsizləşdirilib və tezliklə Ermənistanın Müdafiə Nazirliyi onlardan ikisinin ölkənin silahlı qüvvələrinin hərbçisi olduğunu etiraf edib.

Bu azmış kimi Nazirlik Azərbaycana həmin hərbçilərin cəsədlərini qaytarmaq xahişi ilə müraciət edib və tərəfimizdən humanz əlaməti olaraq erməni döyüşçülərin meyitləri ölkələrinə geri göndərilib.

“Əgər Ermənistan rəhbərliyi bütün dünyanı öz sülhsevərliyinə və Azərbaycan torpağında onlara məxsus həbçilərin olmamasına inanadırmağa çalışırsa, bəs ordumuzun Qarabağda məhv etdiyi terrorçular arasında Ermənistan MN-nin əsgərlərinin nə işi var?”, – videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir