Gürcüstan “Qırmızı Körpü” sərhəd keçid məntəqəsi yaxınlığında kilsə inşasına başlayıb.
APA xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.
Bildirilib ki, Marneuli və Hucabinin yepiskopu Qiorqinin Camdelianinin xeyir-duası ilə “Müqəddəs Andria Pirveltsodebuli” kilsəsinin təməli qoyulub.
Mərasimdə Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Kvemo-Kartli qubernatoru Qiorqi Doxturişvili, Gürcüstan Parlamentinin deputatları Zaur Darğallı və Aleksandr Dalakişvili, Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze, Qardabani meri Davit Karqareteli və digər rəsmilər iştirak ediblər.