• Ça. Noy 26th, 2024

Qurban Yetirmişlinin mövcudluğundan xəbərsiz olduğu xəritə – FOTO

ByYenigun.news

İyl 4, 2023


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə nəşr etdiyi “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” (Seismoprognosıs observations in the territory of Azerbaijan) elmi jurnalının 5-ci cildinin 20-ci sayının 2-ci buraxılışında ölkəmizin ərazisində zəlzələ intensivliyi bölgələrinin xəritəsi dərc olunub.

Axar.az xəbər verir ki, 1991-ci ildə hazırlanan xəritə T.Y.Məmmədli və R.B.Muradovun “Taxtakörpü” su anbarının yerinin seysmik təhlükə səviyyəsinin ehtimal qiymətləndirilməsi” adlı məqaləsində yer alıb (səh. 11-19).

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında ölkəmizin müasir tələblərə cavab verən seysmoloji xəritəsinin olmadığını deyib. Yetirmişli ən son belə xəritənin 1957-ci ildə tərtib edildiyini, yeni xəritənin hazırlanması üçün Fövqəladə Hallar Nazirliyi ilə birlikdə işlərin aparıldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir