Azərbaycan nümayəndə heyətinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan rəsmi idman forması hazırdır.
Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinin verdiyi məlumata görə, adətən Olimpiya Oyunları ilə bağlı rəsmi geyim formaları və bir sıra digər aksessuarlar ictimaiyyətə Oyunlara yaxın bir dövrdə nümayiş etdirilir.
MOK-un Marketinq şöbəsinin rəhbəri Mehman Kərimov belə bir nümayişin Azərbaycanın Olimpiya komandasının Oyunlara getməzdən öncə bütün iştirakçı federasiyalar və işturakçılarla birgə keçiriləcək xüsusi tədbirdə baş tutacağını bildirib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-ü və bağlanış mərasimi isə avqustun 8-də baş tutacaq.